İsrail əməliyyata start verib: Qəzza şəhərinin ətraf əraziləri nəzarətə götürülüb
21 Avqust 2025
HƏMAS İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında son hücumundan sonra "döyülmüş və əzilmiş partizan təşkilatı"dır.
“Reuters” xəbər verir ki, bunu İMQ sözçüsü general-mayor Effi Defrin mətbuat konfransında bildirib.
"Biz terror istinadgahı olan Qəzza şəhərində HƏMAS-a, yer üstündə və yer altında terror infrastrukturuna zərbələri dərinləşdirəcək və əhalinin HƏMAS-la əlaqəsini kəsəcəyik", - deyə o bildirib.
Defrin bildirib ki, İMQ artıq şəhərin ələ keçirilməsi planlaşdırılan hücumdan əvvəl Qəzzada ilkin əməliyyatlara başlayıb.
"İMQ qüvvələri artıq Qəzza şəhərinin ətraflarını nəzarətə götürür", - deyə o bildirib.
Onun sözlərinə görə, ordunun əsas prioriteti Qəzzadan mülki şəxslərin təxliyəsi, həmçinin onlara humanitar və tibbi yardımın göstərilməsidir.
General vurğulayıb ki, bu həftə HƏMAS-ın 15-dən çox döyüşçüsü Xan-Yunis postuna hücum etməyə cəhd edib.
Hücum nəticəsində üç əsgər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.