İranın Ali Liderinin səlahiyyətlərini müvəqqəti olaraq Ayətullah Əli Rza Arafi icra edəcək
01 Mart 2026
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
İran mediası xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.