İranda yenə Mossad "casusları" saxlanılıb
21 Mart 2026
İranda İsrail kəşfiyyatı "Mossad" ilə əlaqədə şübhəli bilinən 5 nəfər həbs edilib.
“Mehr” xəbər verir ki, əməliyyat Xorasan əyalətində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti tərəfindən həyata keçirilib.
Saxlanılanlara qarşı İsrail kəşfiyyatının xeyrinə casusluq ittihamı irəli sürülüb, lakin işin əlavə təfərrüatları hələ ki, açıqlanmayıb.