İranda ABŞ və İsrailə "casusluq edən" 30 nəfər həbs olunub
11 Mart 2026
İranda son günlərdə 30 nəfər ABŞ və İsrailə casusluq ittihamı ilə həbs olunub.
İranın Kəşfiyyat Nazirliyi xəbər verir ki, həbslər ölkənin ayrı-ayrı vilayətlərində keçirilib.
Onların bəzilərindən odlu silah və xeyli sayda sursat aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin xarici kəşfiyyat xidməti (Mossad) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fars dilində videolar yayaraq İran vətəndaşlarını əməkdaşlığa çağırıb.