İran XİN: ABŞ anlaşma memorandumunu kobud şəkildə pozub
08 İyul 2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni qarşılıqlı anlaşma memorandumunu kobud şəkildə pozmaqda ittiham edib.
Bu barədə İranın xarici siyasət idarəsinin bəyanatında qeyd edilib.
Bəyanatda bildirilib ki, ABŞ-nin zərbələri iki ölkə arasındakı ilkin sülh sazişinin ayrı-aryı müddəalarının təsirini sarsıdır.
Qurumdan bildirilib ki, ABŞ hərbçiləri ölkənin cənub sahili boyunca "bir neçə monitorinq və müşahidə mərkəzinə" zərbələr endiriblər.
"Bu hücumlar həm də hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən məsafədən imzalanmış memorandum, yekun və davamlı sülh sazişinin əldə olunması məqsədilə 60 günlük danışıqlar dövrünü nəzərdə tutur.