İddia: İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib
26 Mart 2026
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrandan Amerikanın sülh danışıqları planına rəsmi şəkildə rədd cavabı almayıb.
Bu barədə "Axios"un müxbiri Barak Ravid yüksək vəzifəli mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
"İranın mövqeyinin sadəcə danışıqlar üçün saxtakarlıq, yoxsa danışıqlara qapının həqiqətən bağlanması olduğu tam aydın deyil. Yüksək vəzifəli rəsmi şəxs mənə dedi ki, Tramp administrasiyası hələ də İrandan ABŞ-nin danışıqlar təklifini rədd edən rəsmi cavab almayıb", - deyə o əlavə edib.