Hindistan odusunun təyyarəsi qəzaya uğrayıb, beş nəfər ölüb
13 İyun 2026
Hindistan HHQ-nin beş hərbçisi "Corhat" aviabazasında "An-32" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.
Bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.
Qeyd olunur ki, hadisə planlaşdırılmış uçuş zamanı baş verib.
11:38
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.
Bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.
Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qurbanlar barədə məlumat yoxdur.