Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistan Azərbaycanı ŞƏT-ə buraxmadı, Pakistan Ermənistana qadağa qoydu

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb.

Bu barədə “AnewZ” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu“na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib. Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.

Qeyd edək ki, bu günlərdə iki ölkənin xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.

Xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.