Logo
news content
User
Kateqoriyalar

Xəbər

HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu açıqlaqyıb

HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

“Al Jazeera“ kanalı xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, - HAMAS sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HAMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.