FES faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb
29 Yanvar 2026
ABŞ-nin mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb.
Bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.
Qeyd edilir ki, bundan əvvəl FES faiz dərəcəsini ardıcıl olaraq üç dəfə endirib.