Logo
news content
User
Kateqoriyalar

Xəbər

"F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər

Sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd edib ki, iki ölkə arasında CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) kimi sanksiyalar olmamalıdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.

H. Fidan qeyd edib ki, D. Tramp sözügedən sanksiyaların ləğvi ilə bağlı komandasına tapşırıq verib.

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, F-35 qırıcı təyyarələri ilə bağlı məsələ də yaxın gələcəkdə həll oluna bilər.

O, ilkin razılıq mətninin hazır olduğunu bildirsə də, detalları açıqlamayıb.