Ermənistanda İstintaq Komitəsinin binasından təxminən 600 min dollar oğurlanıb
23 May 2025
Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsinin binasından 590 min ABŞ dolları oğurlanıb.
Bu barədə Ermənistan KİV - məlumat yayıb.
Məlumata görə, sübut kimi götürülən pulların saxlandığı seyf 6-cı mərtəbədəki otaqda olub. Oğru isə o otağa saxta müstəntiq vəsiqəsi ilə daxil olub.
Faktla bağlı iş açılıb. Müstəntiqlər hadisəni törədən şəxsi axtarır.