Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan saxlanılıb

İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.

Erməni KİV-nin verdiyi məlumata görə, bu barədə vəkil Arsen Babayan bildirib.

Hüquqşünasın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İstintaq Komitəsinin binasında saxlanılıb. Arşak Xaçatryan narkotik vasitələrin qanunsuz satışı şübhəsi ilə saxlanılıb.

İlkin istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri üzrə cinayət işi açılıb – narkotik vasitələrin əvvəlcədən əlbir olan şəxslər qrupu tərəfindən və ictimai yerdə qanunsuz satışı.

Vəkil qeyd edib ki, müstəntiqlərin məlumatına görə, yepiskop 2018-ci ildə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə yerləşdirib. İddialara görə, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.

Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyandır.