Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və ABŞ arasında imzalanan "Tramp Marşrutu" üzrə sənəd ratifikasiyaya hazırdır

Ermənistan ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır.

Ermənistan mediası xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.

"Bir neçə saniyə əvvəl mən ABŞ və Ermənistan arasında TRIPP ("Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" - red.) layihəsi üzrə Çərçivə sazişini imzaladım", - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi Marko Rubio bu sənədi mayın 26-da paraflayıblar.

M.Rubio bu sənədi iyunun 3-də imzalayıb.