Ərdoğan Bəxtiyar paşaya ordu generalı rütbəsi verib
06 Avqust 2025
Bəxtiyar Ersayın rütbəsi artırılıb.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərara əsasən, Bəxtiyar Ersaya ordu generalı rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir.