Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar keçirilib

Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının ilk günü baş tutub.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının ilk günü başa çatıb. Mənbələrin məlumatına görə, danışıqlar cümə axşamı günorta saatlarına yaxın (yerli vaxtla) bərpa olunacaq", - məlumatda bildirilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz "Telegram" kanalında üçtərəfli danışıqların məzmunlu və məhsuldar olduğunu, əsas diqqətin konkret addımlara və praktiki həllərə yönəldiyini bildirib.

O qeyd edib ki, Ukrayna nümayəndə heyətinin tərkibində onunla birgə Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa, Andrey Qnatov, Vadim Skibitski və Aleksandr Bevz işləyiblər.

ABŞ tərəfdən məsləhətləşmələrdə Stiv Uitkoff, Cared Kuşner, Coş Qruenbaum, həmçinin Deniel Driskoll və general Aleks Qrinkeviç iştirak ediblər. Rusiya tərəfi yüksək hərbi səviyyədə təmsil olunub.

Umerov qeyd edib ki, işin yekunlarına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski üçün məruzə hazırlanır.

Xatırladaq ki, bu gün BƏƏ paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qruplarının danışıqlarının 2-ci raundunun birinci günü keçirilib.