Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib
13 Yanvar 2026
ABŞ Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib.
Bu barədə departamentin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Dövlət Departamenti daha əvvəl cinayət fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları ilə təmasda olmuş şəxslərə verilmiş vizalar da daxil olmaqla, 100 mindən çox vizanı, o cümlədən təxminən 8 min tələbə vizasını və 2,5 min ixtisaslaşdırılmış vizanı ləğv edib", - məlumatda deyilir.
Qeyd edilib ki, bu cür şəxslərin deportasiyası ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə davam etdiriləcək.