DÇ-2026: Braziliya və Meksika mübarizəni dayandırdı
06 İyul 2026
Futbol üzrə dünya çempionatında Norveç Braziliyanı məğlub edib.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Norveçin heyətində Erlinq Holann (79, 90) dubl edib. "Sambaçılar"ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.
Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.
İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.