Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çində kömür mədənində qaz partlayıb, 90 nəfər ölüb - YENİLƏNİB

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

Bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 345 nəfər cəlb edilib.

09:38

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Bu barədə "Xinhua" agentliyi xəbər verir.

Məlumata görə, Lyuşenyu kömür mədənində qaz partlayışı cümə axşamı baş verib. Xilasetmə işləri davam edir. Çin Sədri Si Cinpin hərtərəfli araşdırma aparılmasına və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsinə çağırıb.

09:19

Çinin şimalında kömür mədənində baş verən qəza nəticəsində 50-dən çox adam həlak olub.

Bu barədə "Xinhua" agentliyi xəbər verib.

07:58

Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı səkkiz nəfər ölüb, daha 38 nəfər isə yerin altında qalıb.

Bu barədə "Xinhua" agentliyi yerli Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.

Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.

Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.

Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.