Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya Ukrayna üçün 1 milyard dollarlıq hərbi yardım paketi elan edib

Böyük Britaniyanın yeni təyin olunmuş müdafiə naziri Den Carvis Ukraynaya cari ilin sonunadək tədarük ediləcək dron, raket və radarlarlardan ibarət yeni yardım paketini elan edib.

Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Qeyd olunub ki, bəyanat "Ramştayn" formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 35-ci iclasında edilib.

"Mən Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovla Böyük Britaniyanın Ukrayna istehsalı olan 150 min dron, həmçinin 350-dən çox hava hücumundan müdafiə raketi və radar təqdim edəcəyi barədə razılığa gəldim. Onlar ERA mexanizmi vasitəsilə müsadirə edilmiş Rusiya aktivlərinin satışından maliyyələşdirilən 752 milyon funt-sterlinq (təxminən 1 milyard dollar) məbləğində paket çərçivəsində ilin sonunadək tədarük ediləcək", - o, bu gün Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında bildirib.