Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kralının qardaşı "Epşteyn işi" ilə bağlı saxlanılıb, kral narahatdır

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endrü Mauntbetten-Vindzor fevralın 19-a saxlanılıb. Xəbəri BBC və "Sky News" yayıb.

Onun dövlət qulluğunun öhdəliklərini pozmaqda şübhəli bilindiyi bildirilir.

Endrünün adı seksual cinayətkar Ceffri Epşteyn işi ilə əlaqədar saysız iddialarda çəkilir. Özü isə hər hansı səhv hərəkətə yol vermədiyini, amma Epşteynlə dostluğuna görə təəssüfləndiyini bildirir.

BBC onun Epşteynə konfidensial hökumət sənədlərini göndərməsi iddiaları ilə bağlı saxlanıldığını xəbər verir.

Polis bu ayın əvvəlində bu iddiaların araşdırıldığını bildirmişdi.

ABŞ Ədliyyə Nazirliyi 3 milyon sənədi yayandan sonra Endrü hər hansı şərh verməyib. Sənədlərə görə, o, 2010-cu ildə rəsmi səfərlərə getdiyi Vyetnam, Sinqapur və digər yerlər barədə Epşteynə informasiya ötürüb.

Bu gün keçmiş şahzadənin 66 yaşı tamam olur.

Ötən ilin oktyabrında onun şahzadə titulu alınıb və Norfolkda yaşayır.

Böyük Britaniya kralı III Çarlz qardaşı Endryu Mauntbatten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə saxlanılması ilə əlaqədar narahatlığını bildirib.

Bu barədə "Sky News" Bukinqem sarayının açıqlamasına istinadən məlumat yayıb.

"Endryu Mauntbetten-Vindzor ilə bağlı xəbərləri dərin narahatlıq hissi ilə öyrəndim. Bu məsələ üzrə müvafiq orqanlar tərəfindən tam, ədalətli və lazımi araşdırma aparılmalıdır. Daha əvvəl də qeyd etdiyim kimi, onlar bu prosesdə bizim tam və səmimi dəstəyimizdən və əməkdaşlığımızdan yararlanırlar. Qanun öz sözünü deməlidir. Proses davam etdiyi üçün bu məsələ ilə bağlı əlavə şərh verməyim məqsədəuyğun olmaz." – Kral deyib.