Logo
news content
User
Kateqoriyalar

Xəbər

Briqada generalı Əsədi: ABŞ-ın hərbi əməliyyatları bərpa edəcəyi istisna olunmur

Tehran ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etmir.

İran mediası xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi bildirib.

Onun sözlərinə görə, mövcud məlumatlara əsasən, İran və Birləşmiş Ştatlar arasında müharibənin bərpa olunması ehtimalı var.

M.Əsədi bildirib ki, ABŞ heç bir öhdəliyə və ya razılaşmaya əməl etmir:

"ABŞ rəsmilərinin hərəkətləri və bəyanatları birincisi, neft qiymətlərinin düşməsinin qarşısını almağa, ikincisi isə özlərini saldıqları çətin vəziyyətdən çıxarmağa yönəlib".

Briqada generalı vurğulayıb ki, İran qüvvələri istənilən mümkün hərəkətlərə qarşı durmağa hazırdır.