“Barmaqlarımı sayın, 5 dənədir” - VİDEO
16 Mart 2026
İsrailin Baş naziri Binyamin Netanyahu ölümü ilə bağlı yayılan iddialara cavab verib.
O bu barədə “X” hesabında video paylaşıb.
Qəhvə alarkən görüntülənən Baş nazir sosial şəbəkələrdə yayılan və əlində 6 barmaq göründüyü deyilən xəbərlərə də istehzalı şəkildə cavab verib.
“Demək istəyirsiniz ki, yaxşıyam, ya ölmüşəm? Qəhvəni və xalqımı çox sevirəm”.
-Barmaqlarınızı saymağa bizə kömək edə bilərsiniz?
-Buyurun. Gördünüz? Bu həyatdır.
“Biz elə işlər görürük ki, hazırda onları bölüşə bilmərəm, amma İrana qarşı çox güclü zərbələr vururuq - elə bu gün də. Livanda da davam edirik. Həmişə arxa cəbhə komandanlığının göstərişlərinə əməl edin. Şəhər rəhbərləri də daim sığınacaq yerlərinin yaxınlığında olsunlar. Qəhvəyə görə isə təşəkkür edirəm, əladır. Amma kalorilərindən xəbərim yoxdur. Bir az təhlükəli görünür” , - Netanyahu deyib.
Qeyd edək ki, bir neçə gün öncə Netanyahunun xalqa müraciəti ciddi müzakirələrə səbəb olub. Yayılan videodakı məqamda onun əlində 6 barmaq olduğu görüntüsü ortaya çıxıb. Bəziləri videonun süni intellekt məhsulu olduğunu iddia ediblər. Onların fikrincə, Netanyahu İranın raket zərbələri nəticəsində ölüb, bu səbəbdən də onun süni videosu ortaya çıxıb.