Azərbaycanın 2025-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərini 23 % artırıb
28 Yanvar 2026
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 96,1 % və yaxud 8 milyard 068,2 milyon manat icra olunub.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 22,9 % və yaxud 1 milyard 506 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 20,9 %-ni təşkil edib.