Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan İrana növbəti humanitar yardım göndərib

Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.

Yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

"Prezident İlham Əliyevə təşəkkür edirəm ki, İrana bu cür vəziyyətdə humanitar yardım göstərib. Bu da bizim müştərək mədəniyyətimizdən xəbər verir. Novruz bayramı ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiqdir. Çox xoş və sevindirici haldır ki, yardıma ilk olaraq Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir", - səfir bildirib.

Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.