Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapılıb
20 Dekabr 2025
Dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.
1997-ci il təvəllüdlü balıqçının meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.
Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. (APA)