Logo
news content
User
Kateqoriyalar

Xəbər

Arutyunyan: TRIPP-in Ermənistanın təhlükəsizliyi üçün əhəmiyyətini tam dərk etmirok

Ermənistan vətəndaşları TRIPP layihəsinin (Tramp Marşrutu) Ermənistan və onun təhlükəsizliyinin təmin edilməsi üçün nə qədər vacib olduğunu hələ tam dərk etməyiblər.

Bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bəyan edib.

"Vurğulamaq istəyirəm ki, bu, təhlükəsizlik və iqtisadiyyat baxımından son dərəcə vacib layihədir. Hazırkı mərhələdə hesab edirəm ki, biz - cəmiyyət, Ermənistan, vətəndaşlar bu marşrutun Ermənistan üçün və onun təhlükəsizliyinin təmin edilməsi üçün nə qədər vacib olduğunu hələ tam dərk etmirik", - A.Arutyunyan bildirib.

O həmçinin əlavə edib ki, layihə çərçivəsində ABŞ Ermənistanın infrastrukturuna əhəmiyyətli vəsait yatırır ki, bu da həm infrastrukturun qorunmasını, həm də ölkə üçün mühüm iqtisadi faydaları nəzərdə tutur. Bununla yanaşı, A.Arutyunyan əlavə edib ki, TRIPP mahiyyət etibarilə şərqdən qərbə yükdaşımaları həyata keçirməyə imkan verən az sayda marşrutlardan biridir.

A.Arutyunyan həmçinin xatırladıb ki, "TRIPP Development Company" şirkətinin yaradılması məsələsi üzrə ABŞ tərəfi ilə danışıqlar və praktiki iş davam edir: "Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq və proses arzu olunan tempdə irəliləyir. İstərdim ki, bir az daha sürətli getsin, amma o təbii şəkildə inkişaf edir və çox tezliklə yerlərdə praktiki iş başlayacaq".