Logo
news content
User
Kateqoriyalar

Xəbər

Antonio Koşta Azərbaycana gəlib, İlham Əliyevə görüşüb

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Azərbaycana rəsmi səfərə gəlib. O, elə həmin gün Şəhidlər xiyabanını ziyarət edib.

Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilib.