Alen Simonyan Azərbaycana gəlməyə hazır olduğunu bildirib
06 May 2026
Ermənistan parlamentinin sədri Alen Simonyan dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu yenidən ifadə edib.
Ermənistan mediasının məlumatına görə, A.Simonyan bunu jurnalistlərə bildirib.
"Əgər mən də dəvət olunsam, münasib fürsət yarandıqda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı - red.) İrəvana səfərə dəvət edirəm", - o deyib.