Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aleksandr Komarenko: Ukrayna ordusu Dnepropetrovsk vilayətini demək olar azad edib

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin ərazilərini, demək olar ki, tamamilə azad edib.

Bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Aleksandr Komarenko "RBK-Ukrayna"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Pokrovsk və Aleksandrovsk istiqamətlərində (Donetsk vilayəti) vəziyyət mürəkkəb olsa da, nəzarət altındadır:

"Bu iki ərazi, eləcə də Zaporojye istiqaməti yaz kampaniyası dövründə Rusiya üçün prioritet olacaq. Eyni zamanda, Ukrayna qüvvələri xüsusilə Aleksandrovsk istiqamətində aktiv əməliyyatlar aparır, Dnepropetrovsk vilayətinin, demək olar ki, bütün ərazisi artıq azad edilib".

A.Komarenko əlavə edib ki, Rusiya qoşunları əsas səyləri Pokrovsk və Aleksandrovsk istiqamətlərinə yönəldib:

"Lakin aktiv əməliyyatlarımız hesabına vəziyyəti tədricən bərabərləşdiririk. Hazırda Pokrovsk və Mirnoqrad rayonlarında Rusiya qoşunlarının hücumlarının sayı onların Aleksandrovsk istiqamətinə yönləndirilməsi səbəbindən bir qədər azalıb".