Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ səfirləri Ukraynaya 90 mlrd. avro kreditlə bağlı razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 90 milyard avro kredit ayrılması və Rusiyaya qarşı yeni 20-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.

“The Guardian“ın məlumatına görə, 2021–2027-ci illəri əhatə edən uzunmüddətli Aİ büdcəsinə dəyişikliklər və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu nəzərdə tutan prosedur çərçivəsində ittifaqa üzv olan 27 ölkənin səfirləri sənədi imzalamalıdır. Prosedur sabah başa çatacaq.

Bundan sonra qərarların Avropa İttifaqı Şurası tərəfindən yekdilliklə təsdiqlənməsi tələb olunur.