Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır

Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar qüvvədə qalır.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb.

Qeyd edək ki, qısa müddət öncə "Reuters" agentliyi ABŞ hərbçilərinin Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sını vurduğuna dair məlumat yayıb.

Məlumatı Pentaqon təsdiqləyib.