ABŞ və İsrail Kərəclə Tehranı birləşdirən körpünü partladıb, 8 ölü, 95 yaralı
03 Aprel 2026
ABŞ-İsrail qüvvələrinin havadan iki dəfə zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb.
"Fars" informasiya agentliyinin yaydığı məlumata görə, zırbə nəticəsində 8 nəfər ölüb, 95 nəfər yaralanıb.
İkinci zərbə xilasedicilər hadisə yerində yardım göstərərkən baş verib. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib.
ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, “İranda ən böyük körpü artıq yoxdur və bundan sonra daha çox şey olacaq. İran gec olmadan razılaşma əldə etməlidir”, – deyə qeyd edib.
Buna cavab olaraq Fars agentliyi regiondakı bir sıra obyektlərin hədəf ola biləcəyini bildirib.
Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır.
