Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya hücum silahları verəcək

Vaşinqton Kiyevə sülh sazişi imzalanana qədər hücum silahları təqdim edəcək.

Bu barədə "RBK-Ukrayna" ABŞ-nin NATO-dakı səfiri Metyu Uitakerin "Newsmax" telekanalında verdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Sülh sazişinin imzalanması üçün lazım olan müddət ərzində biz NATO üzrə müttəfiqlərimizə silah satmağa davam edəcəyik və onlar da öz növbəsində bu silahları əsasən Ukraynaya tədarük edəcəklər", - o bildirib.

M.Uitakerin sözlərinə görə, bu, Ukraynaya hava və raket hücumundan müdafiə, eləcə də mübarizəni davam etdirmək üçün lazımdır.

O qeyd edib ki, ABŞ NATO çərçivəsində koalisiyanın birliyinin qorunmasına və müttəfiqlərin möhkəmləndirilməsinə ehtiyac duyur: "Çünki məhz bu güc sonda sülhə zəmanət verəcək ki, bu müharibə başa çatdıqdan sonra biz Avropa qitəsinə yeni müdaxilə ilə qarşılaşmayaq".