Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya və İran neftinə sanksiyaların yumşaldılmasını daha 30 gün uzadıb

ABŞ Hörmüz boğazının bağlanması səbəbindən yanacaq qıtlığı yaşayan ölkələrin xahişi ilə Rusiya və İran neftinin dəniz yolu ilə tədarükünə tətbiq edilən sanksiyaların yumşaldılmasını 30 gün müddətinə uzadıb.

“The Times of Israel” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Senatın komitə dinləmələrində bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu yaxınlarda keçirilən görüşləri zamanı 10-a yaxın ölkəyə müvafiq müraciət göndərilib.

Daha əvvəl Bessent bu güzəştləri uzatmaq niyyətində olmadığını bildirib.