ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
18 İyun 2026
Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri 113,3 milyard dollar təşkil edib.
Bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.
Portal hərbi qulluqçuların, Yaxın Şərqə köçürülmüş gəmilərin saxlanması xərclərinin, həmçinin digər müşayiətedici xərclərin hesablanmasını aparır.
Qeyd edilib ki, hesablama metodikası ABŞ Müharibə Nazirliyinin konqresə hesabatına əsaslanır ki, ona əsasən, əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib, sonradan isə xərclər sutkada təxminən 1 milyard dollar təşkil edib.
"Iran War Cost Tracker"ın yekun hesablamalarına görə, Yaxın Şərqdə 108 gün davam edən münaqişə ABŞ-yə təxminən 113,3 milyard dollara başa gəlib.