Unutmayın: maska, məsafə, təmizlik!
05 Noyabr 2020
Bütün dünyada, o cümlədən Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi artım müşahidə edilir. Doğrudur, mütəxəssislər yay aylarından payız-qış mövsümündə yoluxmaların arta biləcəyi haqda xəbərdarlıq etsələr də, virusun bu qədər geniş vüsət alması bir çoxları üçün gözlənilməz oldu. Artıq xəstəxanaların dolmağa başladığı barədə xəbərlər gəlir. Görəsən, Azərbaycanın səhiyyə sistemi bu yüklənməyə dözəcəkmi?
Sorğumuzu cavablandıran TƏBİB-in mətbuat xidmətindən bildirildi ki, koronavirusa yoluxanların artmaqda davam etməsinə baxmayaraq, çarpayı və tibbi personal çatışmazlığı ilə bağlı problem yoxdur. Qurum ümumiyyətlə, belə bir problem gözləmir, çünki ötən dövrdə kifayət qədər çarpayı fondu yaradılıb və müxtəlif xəstəxanalar bu işə cəlb olunub.
Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimli “Press Klub”a açıqlamasında öncə qeyd etdi ki, yoluxma sayındakı artım əsasən mövsümlə əlaqədar olduğu kimi, əhalinin "maska, məsafə, təmizlik" prinsiplərinə kifayət qədər riayət etməməsinin də rolu var:

Həkim, nevroloq Qalib Əsədov isə xatırlatdı ki, yay aylarından Dünya Səhiyyə Təşkilatı, bütün həkimlər payızda virusa yoluxanların sayının artacağını proqnozlaşdırmışdılar:

Həkim hesab edir ki, belə vəziyyətdə hər kəs özü-özünü qorumalıdır:
“Dövlət yay aylarında bir çox tədbirlər gördü. SMS icazə, e-gov.az-dan icazə, ”Evdəqal” aksiyası və digər tədbirlər təşkil etdi, amma yenə də insan özü özünün həkimi olmalıdır. İnsanlar bilməlidir ki, virusa yoluxsalar, çətin, əziyyətli günlər keçirəcəklər, yaxınlarında olan yaşlı adamlar yoluxub, dünyasını dəyişə bilərlər. Ona görə də, hər kəs özünü qorumalıdır. Bununla bağlı həm KİV-də, televiziyalarda kifayət qədər maarifləndirici materiallar yayılıb. Marketlərə daxil olarkən, ictimai nəqliyyatdan istifadə edərkən düşünməliyik ki, ətrafımızda koronaviruslu xəstələr ola bilər, bizi yoluxdura bilərlər. Ona görə də, maskadan, gigiyenik vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməliyik. Yoluxmamağın yeganə yolu budur. Zor gücünə, qadağalar tətbiq etməklə, heç bir nəticə olmayacaq”.
Ülviyyə Şahin