İmtahana buraxılmayan abituriyentlərin taleyi necə olacaq?
11 Avqust 2020
“Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. İmtahan özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib”.
Bunu “Press Klub”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə söylədi. O bildirdi ki, bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən temperaturunun ölçülməsidir: “Hər imtahandan sonra bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, bununla bağlı məlumat verilib. Ümumilikdə 40-a yaxın belə hal olub”.

Qəbul imtahanlarına gəldikdə, X. Xanlarzadə qeyd etdi ki, imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur:
“Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və yuxarıda qeyd olunan təsadüfi hallardan sığortalanmaq olurdu. İndiki halda isə əlavə imtahanların keçirilməsi üçün vaxt yoxdur və imtahanlar yalnız bir dəfə keçirilir. Burada isə on minlərlə insan iştirak edəcək və onlar dərhal öz nəticələrinin elan olunmasını gözləyəcəklər. Əlbəttə, bu prosesi bir neçə nəfərə görə gecikdirmək olmaz. Çünki imtahanlardan sonra materiallar emal edilməli və nəticələr açıqlanmalıdır ki, abituriyentlər ixtisas seçimi etsin və müsabiqə həyata keçirilsin”.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, məsələ çox asanlıqla həll oluna bilər:
“İyunun 10-dan abituriyentlər buraxılış imtahanları veriblər. Əgər abituriyent yüksək temperaturunun olması səbəbindən imtahanda iştirak edə bilməmişdisə, sonradan ərizə yazıb, təkrar buraxılış imtahanında iştirak edə bilirdi. Amma qəbul imtahanları isə bir dəfə keçirilir və həmin şəxslərin imkanları məhduddur. Hesab edirəm ki, burada maraqli bir vasitə ilə onların imtahanda iştirakını təmin etmək mümkün olardı. İyunun 10-dan DİM keçirdiyi qəbul imtahanlarında hər dəfə kifayət qədər abituriyent iştirak edirdi”.
Ekspert onu da əlavə etdi ki, bu il iki gün ərzində keçirilən qəbul imtahanlarında ümumilikdə 19 min nəfər iştirak edəcək:

