Ermənistanın sərhəd təxribatının arxasında nə dayanır?
14 İyul 2020
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik davam edir. İyulun 12-də günorta saatlarından başlayaraq atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın sərhədyanı kəndlərini atəş altında saxlayır.
İşğalçı ölkənin atəşkəsi məhz dövlət sərhədində pozmasının səbəbi nədir? Ermənistan nəyə nail olmaq istəyir? Suallarımızı müsahiblərimizə ünvanladıq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bildirdi ki, Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir:

Deputat hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün biz ilk növbədə Rusiya ilə bağlı qapılar arasında ciddi müzakirələr aparmalıyıq:
“Əgər biz Azərbaycanda Rusiyanın maraqlarını təmin etməklə, torpaqlarımızın azad olunmasına, münaqişənin həllinə onları razı sala bilsək, bu, bizim böyük bir diplomatik uğurumuz olacaq. Buna baxmayaraq, hər bir halda Ermənistanı döyüş meydanında məğlub etməliyik ki, erməni xalqı onu təmsil edən dövlət və hökumət başçısına bu problemin həllinə dair sülh sazişi imzalamağa imkan versin”.
Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnik-leytnantı İlham İsmayıl öncə onu qeyd etdi ki, Azərbaycan Rusiya ilə nə strateji tərəfdaş, nə də hərbi mütəffiqdir:

Ekspertin fikrincə, diqqəti Qarabağ cəbhəsindən yayındıraraq üçün sərhəd istiqamətinə yönəldirlər: “Sərhəddə nə qədər təxribat etsələr, erməni təbliğatı, informasiya siyasəti üçün o qədər önəm daşıyır. Ona görə deyirlər ki, Azərbaycan guya təcavüzkarlıq edir, dinc erməni əhalisinə atəş açır və s. Halbuki təxribatı özləri törədiblər”.
İlham İsmayıl hadisənin necə baş verdiyini də nəql etdi. Onun sözlərinə görə, bizim orada boş postumuz olub, ermənilər hücum edib, oranı götürüblər, sonra Azərbaycan ordusunun bölmələri həmin postu geri alıb:
“Bizim kazarmanı artilleriya atəşi ilə vurublar. Əsgərlərimiz də həmin kazarmada şəhid olublar. Hiss olunur ki, cəbhənin müəyyən istiqamətində boşluqlar var. Həmin boşluqlara Azərbaycan ordusu tərəfindən diqqət yetirilməlidir. Bir qarış ərazi də nəzərdən qaçmamalıdır ki, düşmən üçün gələcəkdə yeni təxribatlara imkan yaranmasın. Bu məsələlərə son qoymaq üçün diqqəti Qarabağ cəbhəsinə yönəldib, torpaqlarımızın azad olunması üçün birdəfəlik qərar vermək lazımdır”.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirdi ki, düşmən dövlət sərhədini pozub, Azərbaycan ərazisinə hücum edib:

R.Kərimoğlu qeyd etdi ki, bu gün Azərbaycanın ordusu həqiqətən çox güclü, əzmli və inamlıdır:
“Ordumuz bugün işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. Arzu edirəm ki, ermənilərin son hücumundan, həyasızlığından, aqressiyasından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev orduya döyüş tapşırığı versin. İşğal altındakı bütün torpaqlarmızın azad olunması üçün ordumuz hərəkətə keçsin. Bundan yaxşı fürsət və zəmin ola bilməz”.
