Zelenski və Putin arasında birbaşa görüş məsələsi aktuallaşır
17 May 2025
Ukrayna tərəfi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa təklifi ilə çıxış edib.
Bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Biz bu müraciəti nəzərə aldıq", - o qeyd edib. V.Medinski Rusiyanın əlaqələri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi ilə İstanbulda birbaşa danışıqlar başa çatıb və tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, hər bir tərəf atəşkəsin gələcəyi ilə bağlı öz baxışını detallı təqdim edəcək.
"Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnundur", - V.Medinski bildirib.
“Biz potensial olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlaşırıq”.
Bunu isə Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.
O həmçinin, tezliklə tərəflər arasındakı danışıqların növbəti raundu barədə məlumat verəcəyini açıqlayıb.
R. Umerov əlavə edib ki, budəfəki görüş zamanı tərəflər atəşkəs və girovların mübadiləsini nəzərdən keçirib.