Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski növbəti prezident seçkilərində yenidən namizəd ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər.

Siyasətçi bu barədə Çexiya radiosuna verdiyi müsahibədə bildirib.

"Bilmirəm. Bu (Rusiya-Ukrayna - Red.) müharibəsinin necə bitəcəyindən asılıdır", - Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, bəzən yenidən namizədliyini irəli sürmək barədə düşünür.

Xatırladaq ki, Ukraynada 2024-cü ilin mart ayına təyin olunmuş prezident seçkiləri mövcud hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenski vurğulayıb ki, ölkə texniki cəhətdən seçkiləri keçirməyə hazırdır, lakin bu, yalnız hərbi əməliyyatlar bitdikdən və ya etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür.