Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: İşğal olunmuş ərazilərimizin Rusiyaya aid olduğunu iddia etmək cəhdləri mənasızdır

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, işğal olunan əraziləri Rusiyaya aid hesab etmək üçün edilən istənilən cəhd heç bir əhəmiyyət daşımayacaq, çünki ölkənin taleyi ilə bağlı qərarları rəsmi Kiyev qəbul edə bilər.

 Ukrayna KİV-nin məlumatına görə, Zelenski bunu Kiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.

"Hətta kimsə bizim ərazilərimizi Rusiyaya aid etsə də, bu, heç nəyi dəyişməyəcək. Birincisi, mənim polşalı həmkarımın dediyi kimi, hamı tanımayacaq, ikincisi isə Ukrayna ilə bağlı sənədləri imzalayan Ukrayna Prezidenti imzalayır. Müvafiq vacib sənədləri Ukraynanın yerinə digər liderlər imzalamır. Buna görə də ərazilərimiz mü