Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: İrana qarşı hərbi əməliyyatlar payıza qədər davam edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ən azı cari ilin payızına qədər davam edə biləcəyini bəyan edib.

Ukraynanın dövlət başçısı bunu irlandiyalı bloqer Keylin Robertsona müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, dünyada baş verən hadisələr fonunda qlobal çağırışların sayı artır və hələlik Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə başa çatacağından danışmaq çətindir:

"İndi qlobal çağırışlar getdikcə artır. Əgər Qərbin Rusiyanı lap əvvəldən dayandırmalı olduğu kimi, müharibə indi dayandırılmasa, münaqişə ən azı payıza qədər davam edə bilər".

V.Zelenski həmçinin hesab edir ki, hazırda üçüncü dünya müharibəsinin başlama riski son dərəcə böyükdür: "İndi İran Yaxın Şərqin digər ölkələrinə və ABŞ bazalarına, əsgərlərinə hücum edir. Artıq çox saylı itkilər var. Buna görə də aydındır ki, bu, son illərdə dünyanın üzləşdiyi ən böyük riskdir, çünki bu, bizim də içində olacağımız üçüncü dünya müharibəsi ola bilər".