Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vəziyyəti ağır olan Arif Babayev Bakıya gətirilib

Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.