Logo
news content
User
Kateqoriyalar

Xəbər

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb

Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

Venesuela mediası xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.

"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.

Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.