Vaşinqton Kiyev üçün nəzərdə tutulan silahları Yaxın Şərqə göndərə bilər
27 Mart 2026
Pentaqon Ukraynaya verilməsi planlaşdırılan silahları Yaxın Şərqə göndərməyi düşünür.
Bu barədə “The Washington Post“ məsələdən məlumatlı üç mənbəyə istinadən xəbər verir.
Bildirilib ki, sözügedən hərbi yardım ABŞ-ın regiondakı qüvvələrinin silah anbarlarını doldurmaq üçün Yaxın Şərqə göndərilə bilər.