Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumu həyata keçirib

Ukraynanın Moskvaya kütləvi dron hücumuna görə paytaxtın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.

Aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.

Moskva meri Sergey Sobyanin son sutkada 194 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

***

10:47

Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.

Son sutkada Moskva regionu üzərində 180 PUA vurulub.

Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.

PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.

PUA hücumu ilə bağlı Moskvanın bütün hava limanları – “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.

Rusiya Müdafiə Nazirliyi son sutkada 555 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.