Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Donetsk-Mariupol körpüsünü sıradan çıxarıb, Krımdakı aerodromu vurub

Ukrayna işğal altındakı Donetsk və Mariupolu birləşdirən körpünün məhv edildiyini bəyan edib.

Bu barədə "RBK-Ukrayna" İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenkonun bəyanatına istinadən xəbər verir.

Məlumata görə, nəticədə yaşayış məntəqələri arasında nəqliyyat hərəkəti tamamilə iflic olub.

Onun sözlərinə görə, Kremenika kəndi yaxınlığında Mariupol-Donetsk magistralı üzərindəki körpü kritik zərər alıb. Andryuşenko qeyd edib ki, əvvəllər tikili artıq zədələnmişdi, çərşənbə gecəsi isə tamamilə sıradan çıxarılıb.

Bundan başqa, Ukrayna işğal olunmuş Krımdakı "Saki" hərbi aerodromuna zərbə endirib.

"İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətiinin bəyanatında bildirlib.

Zərbə nəticəsində Rusiya qırıcılarının olduğu anqarlar vurulub.

"Əməliyyatın hədəfi aerodrom infrastrukturu, xüsusən də qırıcıların olduğu anqarlar olub. Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatlarının aviasiya texnikasının saxlanıldığı anqarlara beş dəfə zərbə endirdiyi təsdiqlənib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, zərbə anında anqarlardan ikisində "Su-30" və "Su-30SM" qırıcıları olub. Hücumdan sonra "Su-30SM" olduğu anqarda yanğın baş verib.