Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə yanır: Alov yaşayış məskənlərinə çatıb

Türkiyənin Bursa vilayətində iri meşə yanğınları əhalinin məskunlaşdığı ərazilərə çatıb. 

Bu barədə "Sabah"məlumat yayıb.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyi yanğınsöndürənlərin bütün gecəni işləyəcəyini bildirib.

Yanğınlar artıq Türkiyənin şimal-qərbində yerləşən beş vilayəti bürüyüb: Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisa.

Daha əvvəl yanğının Rusiyanın Türkiyədə inşa etdiyi "Akkuyu" atom elektrik stansiyasını əhatə etdiyi barədə məlumat yayılmışdı.