Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə millisi 24 ildən sonra Dünya Çempionatının final mərhələsində

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları çərçivəsində Türkiyə millisi səfərdə Kosovo yığmasının qonağı olub.

Türkiyə yığması minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub. 

Qeyd edək ki, Türkiyə millisi sonuncu dəfə bu nailiyyətə 2002-ci ildə imza atıb.